27 aprel 2024 08:22
224

Braziliya polisi Rusiya səfirliyində bomba barədə məlumatları araşdırır

Braziliya şəhərinin hərbi polisi Rusiya səfirliyinin ərazisinə bomba qoyulması ilə bağlı daxil olan məlumatı yoxlayır.

“İki sahil” xəbər verir ki, bu barədə "Correio Braziliense" qəzeti xəbər yayıb.

Məlumata görə, yoxlama diplomatik missiya əməkdaşlarına xarici vətəndaşdan telefonla müvafiq məlumat daxil olduqdan sonra başlayıb. Hadisə yerinə istehkamçılar qrupu göndərilib.

Rusiya səfirliyi hələlik şərh verməyib.