Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır açıqlamasında bu sözləri əlavə edib: “Təxminən 3 dəqiqə davam edəcək sərbəst düşmə mərhələsində metabolizma dəyişikliklərdən tutmuş supressor hüceyrələrə qədər mikroqravitasiya mühitində 7 təcrübə aparmaq mümkün olacaq. Astronavtımız Ataseverin həyata keçirəcəyi təcrübələrin alimlərimizin apardığı araşdırmalara ciddi qazanclar gətirəcəyinə şübhə yoxdur. Layihə müqavilələrində əvvəldən razılaşdığımız kimi, bu, ikinci astronavtımız Ataseverin heç bir əlavə xərc çəkmədən kosmos təcrübəsini həyata keçirməsi imkanını yaratdı. Biz qoyduğumuz hər bir sərmayənin ölkəmizə və vətəndaşlarımıza ən yüksək səviyyədə fayda gətirməsini təmin etmək üçün diqqətlə işləməyə davam edirik. Suborbital tədqiqat uçuşundan sonra digər hədəflərə doğru çalışmalara davam edəcəyik.”
Nazir vurğulayıb ki, milli kosmik proqramımız çərçivəsində Ankarada kosmik texnologiya inkişaf zonası yaradacaq, kosmik sənayeni inkişaf etdirəcək və 2035-ci ildə 1,8 trilyon dollara çatacağı təxmin edilən qlobal kosmik iqtisadiyyatdan ildən-ilə daha böyük pay alacağıq: Biz buraxılış raketlərinin hazırlanması ilə bağlı layihəmizi davam etdirəcəyik. İnkişaf etdirdiyimiz innovativ texnologiyaları sərt kosmik şəraitdə istifadə etmək və kommersiyalaşdırma imkanımız olacaq. TEKNOFEST-i təşkil etməyə davam edəcək, raket və peyk yarışlarımızla kosmik elm və texnologiyalar sahəsində insan resurslarını gücləndirəcəyik.”
Orxan Vahidoğlu, "İki sahil"