28 aprel 2024 01:12
303

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

PSJ 18 yaşlı futbolçusu Uorren Zair-Emeri ilə müqavilə yeniləyib.

“İki sahil” Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc oyunçu müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

Qeyd edək ki, Uorren PSJ-nin öz yetirməsidir. O, 2022-ci ildən paytaxt təmsilçisinin əsas komandasında çıxış edir. Cari mövsüm bütün turnirlərdə 38 oyuna çıxan yarımmüdafiəçi 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.