28 aprel 2024 19:30
256

Britaniyalı deputatlar Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

"Aparılan sorğular və qrup araşdırmaları göstərdi ki, Rişinin etdiyi heç bir şeyin əhəmiyyəti yoxdur. Söhbət siyasətdən yox, insandan gedir. O, insanların sadəcə xoşuna gəlmir", - parlamentarilərdən biri deyib.