29 aprel 2024 00:50
292

Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatının oyununu idarə edib.

“İki sahil” xəbər verir ki, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.

Görüş Fatih Terimin başçılıq etdiyi "Panatinaikos"un minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Alvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.

Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan "Panatinaikos" 3-cü, 52 xalı olan "Aris" isə 5-ci pillədə qərarlaşıb.