Litva Sankt-Peterburqdan Tiraspola gedən avtobusu gömrükdən keçirməyə icazə vermir.
“İki sahil” “Komsomolskaya Pravda in Moldova” nəşrinə istinadla xəbər verir ki, sərnişinlər artıq iki gündür icazə gözləmək məcburiyyətində qalıblar.
Avtobusun içərisində 57 Moldova vətəndaşı var. Onların hər biri ayrıca yoxlamaya məruz qalır.
“Gömrükçülər əvvəlcə bütün baqajlara baxış keçiriblər. Daha sonra yalan detektorundan istifadə edərək bəzi sərnişinləri söhbətə çağırmağa başladılar. Bəzi insanlardan Krımın kimin olduğu, digərlərindən isə Ukraynadakı hərbi hadisələrlə əlaqəsinin olub-olmamasını soruşurlar”, - sərnişinlərdən biri qeyd edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir