29 aprel 2024 14:00
266

Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib

Məşqçi Ləman Göyüşova İtaliyanın Rimini şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə baş tutan “Young Leaders Forum” adlı beynəlxalq tədbirdə Azərbaycan Gimnastika Federasiyasını (AGF) təmsil edib.

“İki sahil” xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

“Young Leaders Forum”da gimnastika dünyasında mövcud olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıların forumda əldə etdikləri bilik və təcrübələri öz ölkələrində tətbiq etmələrinə yardımçı olmaqdır.