29 aprel 2024 14:06
296

Modriç mənə abi deyəndə təəccüblənirəm - Arda Gülər

“Modriç mənə abi deyəndə təəccüblənirəm”.

“İki sahil” xəbər verir ki, bunu “Real”ın türkiyəli oyunçusu Arda Gülər “Kafa Sports”a müsahibəsində deyib. 

Sözügedən müsahibənin anonsu verilib.

O, “Real”ın futbolçularının ona münasibətindən danışıb: “Hamısı mənə Arda abi deyir. Özümə də qəribə gəlir. Modriç “abi” deyəndə təəccüblənirəm. Əslində, onlar “abi” sözünün nə olduğunu bilmirlər. David Alabanı çəkdiyim videoda o, türkcə danışır. Çünki Alaba türklərin çox qaldığı ərazidə böyüyüb. Hətta “Qalatasaray”lıdır, mənə də həmişə zarafat edir ki, sən “Fənərbaxça”lısan, mən “Qalatasaray”lı”.