29 aprel 2024 14:36
618

Super yaxtalara sifarişlər NİYƏ AZALIB?

Dünya üzrə super yaxtaların alınmasına maraq azalıb. Səbəb rusiyalı müştərilərin azalmasıdır.  Uzunluğu 30 metrdən çox olan lüks gəmilərə tələbat ikinci ildir ki, azalıb.

“İki sahil” xəbər verir  bu barədə “SuperYacht Times”ın hesabatında deyilir.

Bildirilir ki, 2023-cü ildə 203 belə yaxta satılıb ki, bu da 2022-ci illə müqayisədə demək olar ki, 20% azdır. Pandemiya zamanı yaranan çətinliklərə görə gəmiqayırma zavodları sifarişləri gecikmələrlə yerinə yetirir və alıcılar üç-dörd il gözləməli olurlar. Superyaxtaların qiyməti də artıb.

Bundan əlavə, şirkətlər Rusiya pasportu olan müştərilərini itiriblər, onlar üçün risklər sanksiyalara görə həddən artıq artıb. “Yacht Russia”nın keçmiş baş redaktoru Artur Qroxovski qeyd edir: “Birincisi, xaricdə viza almaqda problemlər var. İkincisi, gəmilərin yanalmaları və onların həbsi ilə bağlı problemlər var. Sanksiya təhdiddlərinə görə, indi çıxara bilən hər kəs yaxtalarını Avropa limanlarından uzaqlaşdırıb.

Əgər indi rusiyalı multimilyonçular xarici istehsalçıdan super yaxta sifariş etmək istəyirsə, pul köçürmələrində problemlər yarana bilər. Əslində, ona belə bir yaxta inşa etməyəcəklər.

Qeyd edilir ki, Ukraynada hərbi əməliyyatların başlamasından sonra müxtəlif ölkələrdə rusiyalı milyarderlərin onlarla gəmisinə həbs qoyulub.

Nüsrət Məmmədov, "İki sahil"