30 aprel 2024 02:39
673

Şəkərlə bağlı “məşhur fikir” təkzib edilib

"Rossiya I" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişinin daimi aparıcısı, doktor Aleksandr Myasnikov sağlamlığa zərər vermədən gündə nə qədər şəkər yeyə biləcəyimiz barədə danışıb.

Gündə 15 qram şəkər istehlak etməyin təhlükəsiz olması barədə yayılmış bir fikir var. Əslində, həkim əmindir ki, bu bir mifdir.

"Bizim gündəlik şəkər tələbimiz yoxdur!",- Aleksandr Leonidoviç deyib."Saf şəkər yüksək bir karbohidratdır və prinsipcə o, olmamalıdır",-deyə mütəxəssis bildirib.

“Təbii ki, şəkərdən tamamilə uzaq olmaq çox çətindir. Ancaq nə qədər az yesəniz, sağlamlığınız üçün bir o qədər yaxşıdır”,-həkim fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”