30 aprel 2024 01:37
591

Ultrabənövşəyi şüalardan qorunmaq xərçəngin qarşısını alır

Rusiyalı mütəxəssis, doktor Aleksandr Myasnikov "Rossiya I" kanalında yayımlanan müəllif proqramında hər kəsin günəşdən və ultrabənövşəyi radiasiyanın zərərli təsirlərindən düzgün şəkildə qorumasının vacibliyini açıqlayıb.

Hər kəs bilir ki, günəşsiz, D vitamini olmadan yaşaya bilmərik. Ancaq həddindən artıq günəş təhlükəlidir. Bir neçə ton dərinin rənginin tündləşməsi gözəl görüntü yaratsa da, ultrabənövşəyi radiasiyaya həddindən artıq məruz qalma dəridə mənfi təsirlərə səbəb olar: yanıqlar, melanomalar və digər xəstəliklər meydana çıxa bilər. Yandıqda DNT zədələnir və bu, xərçəng və digər xəstəliklərin mexanizmlərini işə salır.

Ultrabənövşəyi radiasiyadan qorunmaq üçün sadə qaydalara riayət etmək kifayətdir. Doktor Myasnikov ilk növbədə hüceyrələri erkən yaşlanmadan qoruyan günəş kremini unutmamağı məsləhət görüb. Belə kremlər bədənin hər yerinə tətbiq edilməlidir, hətta paltarla da dəri örtülməlidir. “Həmçinin UV qoruma ilə düzgün eynək almaq və başı günəşdən qorumaq üçün yüngül papaq taxmaq məsləhətdir”,-deyə mütəxəssis bildirib.

Nubar Süleymanova, “İki sahil”