30 aprel 2024 08:00
229

Keçmiş məcburi köçkün: Doğma el-obamı görmək üçün səbirsizlənirəm

“Doğma el-obamı görmək üçün səbirsizlənirəm. Bundan böyük sevinc hissi ola bilməz”.

“İki sahil” xəbər verir ki, bunu Laçından olan keçmiş məcburi köçkün Vaqif Məmmədov deyib.

“Bu gün Laçına qayıdırıq. İllər sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir. Sevincimdən dilim də söz tutmur danışam. 38 yaşımda ailəmlə çıxmışam Laçından, bu gün isə nəvələrimlə, övladlarımıa qayıdıram öz doğma yurduma”, - deyə o vurğulayıb.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna təşəkkür edib, şəhidlərimizə isə Allahdan rəhmət diləyib.