30 aprel 2024 08:30
235

Keçmiş məcburi köçkün: Laçına qayitdığım üçün sevincimin həddi-hüdudu yoxdur

“Azərbaycanın əsgər və zabitləri müharibədə böyük şücaət, misilsiz fədakarlıq göstərdilər. Əlbəttə, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev ordunu bu qəhrəmanlıqlara ruhlandıraraq döyüş meydanında 44 gün müddətində illərin qələbəsini öz xalqına qazandırdı". Bu sözləri Laçına qayıdan keçmiş məcburi köçkün Afət Abdullayeva söyləyib.

“İki sahil” xəbər verir ki, ailəsi ilə birlikdə Laçına qayıtdığını deyən keçmiş məcburi köçkün “ordumuzun qələbəsinə və doğma el-obama, Laçına qayitdığım üçün sevincimin həddi-hüdudu yoxdur" - deyə bildirib.

O, dövlət başçısına minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyib.