30 aprel 2024 08:54
223

Şəmkirdə avtomobil maneəyə çırpılıb, ölən var

Şəmkir rayonu Kür qəsəbəsində ağır yol qəzası olub.

“İki sahil” xəbər verir ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Aslan Kirovun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.