30 aprel 2024 08:58
230

“TikTok” Avropa İttifaqında bloklana bilər

“TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.

“İki sahil” “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

“Bu, istisna deyil”- deyə, o bildirib. Von der Leyen xatırladıb ki, AK öz işçilərinə iş telefonlarına “TikTok” quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.

Keçən həftə “TikTok” istifadəçilərin mükafatlandırma proqramını dayandırıb. Bu addıma səbəb Avropa Komissiyasının növbəti xəbərdarlığı olub.