30 aprel 2024 10:32
234

Fərid Osmanov: AMB “Sandbox” xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayır

May ayının 1-dən Azərbaycanda xüsusi tənzimləmə rejiminin tətbiqinə başlanılır.

“İki sahil” xəbər verir ki, bunu Xüsusi Tənzimləmə rejimi layihəsinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, Mərkəzi Bank 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir.