30 aprel 2024 12:53
234

Dünyada münaqişələri planlaşdıran və başladan Vaşinqtondur - Maduro

Venesuela prezidenti Nikolas Maduro Vaşinqtonun bütün dünyada hərbi münaqişələri planlaşdırdığını və təşəbbüskarı olduğunu bildirib.

Bu barədə “İki sahil” "belta"ya istinadla xəbər verir. 

Onun fikrincə, ABŞ “bir sıra hərbi münaqişələr planlaşdırıb” və bunun üçün 95 milyard dollar ayrılıb:

“Ukraynanın Rusiyaya qarşı müharibəsi ən azı 20 il müddətinə Rusiyanın gücünü məhv etmək üçün planlaşdırılıb, lakin ABŞ bunu edə bilmədi. Rusiya bu gün iqtisadi, siyasi, sosial, texnoloji və hərbi baxımdan daha güclüdür”, - Venesuela lideri vurğulayıb.

Maduro bildirib ki, Fələstində müharibə “Yaxın Şərqdə sionizmin” gücünü bərqərar etmək üçün aparılır və Ağ Ev “bu gün Tayvanda qardaş Çinə qarşı müharibəyə başlamağa çalışır”.

Prezident qeyd edib ki, Amerika hakimiyyəti Venesuelanın öz ölkəsinin bir hissəsi hesab etdiyi Qayana ilə mübahisəli olan Qayana-Essekibo ərazisində Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bazası və ABŞ-ın Cənub Komandanlığını yaradıb.

Venesuela lideri ABŞ üçün müharibənin siyasi və iqtisadi bir işdir olduğunu söyləyib.