30 aprel 2024 14:00
233

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru İrəvanda səfərdədir

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Ermənistana səfərə gedib.

“İki sahil” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Bu, aprelin 5-də Brüsseldə baş tutan Avropa İttifaqı-ABŞ-Ermənistan görüşündən sonra mühüm səfərdir. Ermənistanın rəsmiləri ilə görüşlər zamanı ölkə ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığın prioritetlərini müzakirə etməyi gözləyirəm”, - o qeyd edib.

Avropa Komissiyasının rəsmisi artıq vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib, tərəflər Ermənistanda demokratik və sosial-iqtisadi islahatların həyata keçirilməsi prosesini müzakirə ediblər.

Qert Yan Kopman daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək. Onun Cənubi Qafqaz ölkələrinə turnesi mayın 4-dək davam edəcək.