30 aprel 2024 14:20
260

Qaqauziya lideri ilə bağlı qalmaqallı məhkəmə TƏXİRƏ SALINDI

Moldovada Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun işi üzrə məhkəmə iclası rus dilinə tərcüməçi olmadığına görə təxirə salınıb.

“İki sahil”  xəbər verir ki, bu barədə  onun vəkili Vadim Benaru TASS-a bildirib.

“İclas Yevgeniya Aleksandrovnaya rus dilinə tərcüməçi verilmədiyi üçün təxirə salınıb”, - deyə vəkil bildirib.

Eyni zamanda Qaqauziya rəhbərinin tərəfdarları məhkəmə binasının qarşısına toplaşaraq, aprelin 21-də Moskvada Moldova müxalifətinin nümayəndələri tərəfindən yaradıldığını elan edilmiş yeni blokun şərəfinə “Qələbə” şüarları səsləndiriblər.

Qutsul özü bildirib ki, keçmiş Şor partiyasının maliyyələşməsi ilə bağlı qanun pozuntuları ilə bağlı işdə günahsızdır. Qaqauziyanın rəhbəri iki maddə üzrə “mütəşəkkil cinayətkar qrup”dan seçki kampaniyasını maliyyələşdirmək üçün vəsait əldə etməkdə ittiham olunur.