30 aprel 2024 15:51
264

Hollandiyada kirayə üçün qiymət limiti - 1235 AVRO!

Hollandiya hökuməti fiziki şəxslər və ya özəl şirkətlər tərəfindən kirayə veriləcək mənzillərə kirayə qiyməti üçün limit tətbiq edir.

Hökumətin hazırladığı “Güzəştli Kirayə Qanunu” 150 üzvü olan Nümayəndələr Palatasında 112 səslə qəbul edilib. Yeni tənzimləməyə görə, fərdi şəxslərə və ya şirkətlərə məxsus evin orta kirayə haqqı ayda 1235 avrodan çox olmayacaq.

Qanuna əsasən, sosial evlərdə olduğu kimi özəl sektorda kirayə evlər üçün qiymətləndirmə sistemi tətbiq olunacaq. İcarəyə verilən yaşayış evləri binanın yaşı, otaq və vanna otağı sayı, izolyasiya, enerjiyə qənaət və evin ölçüsü kimi xüsusiyyətlərinə görə qiymətləndiriləcək. Tam olaraq qiymətləndirmə balı 187-yə çatan evin kirayəsi ən çox 1123 avro olacaq. Yeni tikilmiş yaşayış evləri üçün isə bu limit 1235 avro təşkil edəcək. Qanunun qüvvəyə minməsi ilə təxminən 300 min kirayəçi ayda 190 avro az kirayə ödəyəcək.

Almaniyanın Ali Məhkəməsi Berlində keçən il dövlət orqanları tərəfindən qoyulan icarə haqqının konstitusiyaya zidd olduğu qənaətinə gəlib. Qərarın əsaslandırılmasında məhkəmə əyalət hökumətlərinin bu sahədə səlahiyyətlərinin olmadığını və qanunvericilik səlahiyyətinin yalnız federal hökumətin olduğunu bildirib. Kirayə limitinin tətbiqinin məqsədi Berlində həyatı davamlı və əlverişli etmək idi.

Orxan Vahidoğlu, "İki sahil"