30 aprel 2024 16:35
312

Zəngilanın ecazkar çinar ağacları - "Qızıl Fond"dan NADİR GÖRÜNTÜLƏR

AzTV-nin “Qızıl Fond”unda ölkəmizin yeganə Çinar meşəsi olan Zəngilanın  görüntüləri təqdim olunub.

“İki sahil” xəbər verir ki,  təbiətin “canlı muzeyi” adlandırılan Çinar meşəsi nadir quşların məskəni hesab edilirdi.

Ekskursiyaya gələn tələbələr, alimlər bu meşənin tarixini öyrənirdilər.

Zəngilanın valehedici gözəlliyə sahib Çinar meşəsinə istirahət günlərində də bir çox yerlərdən qonaq gələrdi.