30 aprel 2024 16:48
262

Makron Çin liderindən nə xahiş edəcək?

Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Cinpinin Parisə səfəri zamanı onunla şəxsi əlaqələri yaxşılaşdırmağa çalışacaq və ondan Rusiya prezidenti Vladimir Putinə təsir göstərməsini istəyəcək.

“İki sahil”  xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadla yazır.

“Makron Çin liderinin Fransaya iki günlük səfəri zamanı onunla şəxsi əlaqələri dərinləşdirmək niyyətindədir və Çin liderindən Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa təşviq etməyi xahiş edəcək”, – agentlik yazır.

Çin liderinin mayın 5-10-da Fransa, Serbiya və Macarıstana səfəri planlaşdırılır.

Xatırladaq ki, Vladimir Putin may ayında Çinə səfər edəcək. Kreml səfərə hazırlığın son mərhələdə olduğunu təsdiqləyib.