18 yanvar 2018 01:04
1012

"Ferrari" yolsuzluq avtomobili istehsal edəcək

"Ferrari" super avtomobil istehsalıçısı yolsuzluq maşını istehsal etmək qərarına gəlib.

Detroyt şəhərində keçirilən avtomobil sərisində "Fiat Chrysler Automobiles" alyansının rəhbəri Sercio Markionne bu barədə məlumat verib.

Markionne deyib: "O məhz "Ferrari"nin yolsuzluq avtomobili olacaq. Eyni zamanda "Ferrari" kimi idarə ediləcək". Top menecer əlavə edib ki, nəzərdə tutulan avtomobil öz sinfinin ən sürətli maşını olacaq.

İlkin məlumatlara görə yolsuzluq avtomobili "Ferrari FTC4 Lusso" modelinin bazasında yığılacaq. Çox güman ki, avtomobil 8 silindrli, hibrid mühərriklə təchiz ediləcək.

"Ferrari"nin yolsuzluq avtomobili 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində bazara çıxacaq.