Krasnoyarsk və Yakutskdan olan iki federal universitetin alimləri bakteriyalardan istifadə edərək qızıl çıxarmaq üçün üsul icad ediblər. Kəşfdə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi də iştirak edib.
Sibir Federal Universitetinin Əlvan Metallar İnstitutunun mineral emalı kafedrasının dosenti, həmmüəllif Natalya Algebraistovaya istinadən bəyanatında deyilir: "Bu bakteriyalar mineral emalı tullantılarının saxlandığı tullantı anbarlarının mühitinə uyğunlaşdırılıb"
Alimin fikrincə, bu cür mikroorqanizmlərin istifadəsi ənənəvi kimyəvi reagentlərin istifadəsi ilə müqayisədə ətraf mühit üçün əhəmiyyətli dərəcədə təhlükəsizdir. Bundan əlavə, yeni üsul analoqlarından nəzərəçarpacaq dərəcədə ucuzdur. Məqalədə deyilir:"Mikroorqanizmlərdən istifadə edərək bir ton konsentrat istehsal etmək üç dəfə az elektrik enerjisi tələb edəcək".
Bu bakteriyalar Krasnoyarsk diyarında qızıl yataqlarında aşkar edilib. Filizin ilkin emalından sonra mikroorqanizmlər qızılın və sürmə minerallarının qalıqlarının çıxarılmasına kömək edir.
Nubar Süleymanova, “İki sahil”