Dünyanın əczaçılıq nəhənglərindən biri olan “AstraZeneca” şirkəti ilk dəfə etiraf edib ki, onun koronavirus peyvəndi nadir yan təsirə - trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər.
Peyvənddən ölüm və ya ağır nəticələrlə bağlı London Ali Məhkəməsində şirkətə qarşı onlarla iddia qaldırılıb. Peyvənd Oksford Universiteti ilə birlikdə hazırlanmışdır. Şirkət trombozun baş verməsinin səbəblərini izah etmir. Zərərçəkənlər təqribən yüz milyon funt sterlinq məbləğində təzminat tələb edirlər.
“RİA Novosti” xatırladır ki, ilk iddianı keçən il 2021-ci ilin aprelində peyvənd olunduqdan sonra beynində qan laxtası və qanaxma inkişaf edən və geridönməz beyin zədələnməsinə səbəb olan Ceymi Skott adlı bir şəxs tərəfindən qaldırılmışdı.
Nubar Süleymanova, “İki sahil”