02 may 2024 08:00
314

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan futbolçuları turnirin həlledici oyununda son dünya çempionu Rumıniya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.