02 may 2024 16:10
334

“Google” yüzlərlə əməkdaşını işdən çıxardı

“Google” şirkəti yüzlərlə əsas işçisini işdən çıxarıb. Şirkət bəzi komandalarını Hindistan və Meksikaya köçürür.

CNBC-nin məlumatına görə, “Google” birinci rübün mənfəət hesabatından bir qədər əvvəl bəzi missiyalarını Hindistan və Meksikaya köçürülməsini əhatə edən restrukturizasiyanın bir hissəsi olaraq "əsas" komandalarından ən azı 200 işçisini işdən çıxarıb.

“Google”un əsas bölməsi şirkətin qabaqcıl məhsullarının arxasında texniki təməlin yaradılmasına və istifadəçilərin onlayn təhlükəsizliyinin qorunmasına cavabdehdir. Əsas komandalara informasiya texnologiyalarından əsas texniki bölmələr, Python (proqramlaşdırma dili) tərtibatçı komandası, texniki infrastruktur, təhlükəsizlik təməli, tətbiq platformaları, əsas tərtibatçılar və müxtəlif mühəndislik missiyaları daxildir. Şirkət daxili malumata görə, bəzi əsas heyəti Meksika və Hindistanda müvafiq vəzifələrə işə götürücək.

“Google”un vitse-prezidenti Asim Husain ixtisarlar xəbərini keçən həftə komandasına elektron poçtla elan edib: Biz hazırkı qlobal imicimizi qoruyub saxlamağı və eyni zamanda yüksək inkişaf edən qlobal işçi qüvvəsi yerlərində genişlənməyi planlaşdırırıq ki, tərəfdaşlarımıza və inkişaf etdirici icmalarımıza daha yaxın fəaliyyət göstərə bilək.”

Orxan Vahidoğlu, "İki sahil"