Azərbaycanda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyinə qarşı mübarizədə Mərkəzi Asiyanı təşviq edəcək.
“İki sahil” xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində "CAREC regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, CAREC-in iqlim dəyişikliyi ilə bağlı baxışı ötən ilin noyabrında Tbilisidə təsdiqlənib: "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə Mərkəzi Asiyanı irəli aparacaq COP29-a ev sahibliyi edəcək. Qeyd etmək lazımdır ki, region bu proseslərin nəticələri ilə üz-üzədir. Bu şəraitdə yüksək nəqliyyat və ticarət xərcləri bu regionda diversifikasiyanı aşağı salır".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir