02 may 2024 22:34
333

"Android" istifadəçilərinə şad xəbər

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "9to5Google" portalı xəbər verir.

Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imkan verəcək.

Məlumata görə, yeni funksiya alqış, gülüş, fişəng, kədər, nağara kimi emojilərə uyğun audiovizual effektlərdən istifadə etməyə imkan verəcək.

Müəlliflərin fikrincə bu, telefon danışıqlarını daha interaktiv edəcək.