03 may 2024 10:27
214

Oğuzda 4 otaqlı ev yanıb

Oğuz rayonunun Xalxal kəndində yanğın olub.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.