Çin Ayın digər tərəfindən torpaq nümunələrini toplamaq və onları Yerə çatdırmaq üçün “Çanye 6” Ay zondunu işə salıb. Göyərtəsində "Long March 5 Y8" kosmik gəmisi olan daşıyıcısının buraxılışı mayın 3-də Haynan adasındakı Vençanq peyk buraxılış mərkəzindən baş tutub.
Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.
Missiyanın 53 gün davam edəcəyi gözlənilir. Müvəffəqiyyətli olarsa, “Çanye 6” aparatı bəşər tarixində ilk dəfə olaraq Ayın uzaq tərəfindən Yerə torpaq çatdıracaq.
Zond Yer peykinin qaranlıq tərəfinə enməli və kraterdə təxminən 2 kq reqolit (boş torpaq) toplamalıdır. Bundan sonra yüksəlmə modulu Ayı tərk edəcək və Ayın orbitində dayanacaq.
Xatırladaq ki, qonşu Rusiyada da Rusiya Orbital Stansiyası (ROS) tikilir ki, oradan hər 15 gündən bir Aya kosmik gəmi göndərmək mümkün olacaq.
Nubar Süleymanova, “İki sahil”