04 may 2024 09:49
266

Qazaxıstan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanı altı ay uzadıb

Qazaxıstan hakimiyyəti 2023-cü ilin payızında tətbiq edilən mayeləşdirilmiş neft qazının respublika ərazisindən ixracına qoyulan qadağanın daha altı ay müddətinə uzadılması barədə qərar qəbul edib.

“İki sahil”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin əmrində qeyd edilib.

Mayın 14-dən qüvvəyə minəcək sənəddə deyilir: “Mayeləşdirilmiş neft qazı, propan və butanın Qazaxıstan Respublikası ərazisindən avtomobil və dəmir yolu ilə ixracına altı ay müddətinə qadağa qoyulsun”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”