04 may 2024 10:44
284

Reyçel Tompson: Çox şanslıyam, çünki Azərbaycanı ADB-nin səhmdarı kimi təmsil edirəm

Azərbaycan və Gürcüstan Avstraliya, Kamboca, Honq-Konq, Çin, Kiribati, Mikroneziya Federativ Ştatları, Nauru, Palau, Solomon adaları və Tuvalunun da daxil olduğu 11 dövlət qrupunun bir hissəsi olub.

“İki sahil” xəbər verir ki, bunu ADB-in 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson jurnalistlərə bildirib.

R.Tompson qeyd edib ki, o, özü də əslən Avstraliyalıdır: “Mən çox şanslıyam, çünki mən Azərbaycanı ADB-in səhmdarı kimi təmsil edirəm, hər bir səhmdarı idarə edən bir şəxs var, adətən bu maliyyə naziri olur. ADB-i bizim idarə heyətimizin ən təcrübəli üzvlərindən biri olan Samir Şərifov təmsil edir. Azərbaycanı ADB-i necə təmsil etmək barədə onun müdrik məsləhətlərindən faydalanmaqdan şərəf duyuram”.