04 may 2024 10:12
287

Sülh və qlobal təhlükəsizlik naminə dialoq

I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə keçirilmişdir. Bu və sonrakı forumların keçirilməsində əsas məqsəd dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Məqsəd yeni sənədlər,razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq. 

Bu ilin may ayının 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasıının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. O, forumun açılış mərasimində nitq söyləmişdir. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, 100-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi forum mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Daha sonra Respublika Prezidenti  Azərbaycanın mühüm coğrafi mövqeyə malik olduğunu qeyd etmiş, Şərq ilə Qərb arasında yerləşdiyimizə görə mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulamışdır.O qeyd etmişdir ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu dəyərlərimizi qoruyub saxlamışdır. Bu dəyərlərə qarşılıqlı hörmət ,tolerantlıq, dostluq və tərəfdaşlığı aid etmək olar. Prezidentimiz bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələnin məhz bunlardan ibarət olduğunu qeyd etmişdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadığını bildirən Prezident İlham Əiyev onların Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olduğunu fəxrlə söyləmişdir. Bu müsbət tendensiyaların, bu mədəni dialoqun ,mədəni müxtəlifliyin gücləndirilməsinin vacibliyini qeyd etmişdir. Azərbaycan cəmiyyətində sülh, sabitlik, həmrəylik mədəni müxtəliflik və qarşılıqlı hörmətlə həmişə bağlı olmuşdur.

Ölkəmizdə həmişə müsbət mədəniyyətlərarası dialoq olmuşdur.”Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik”- deyən dövlət başçımız daha sonra qeyd etmişdir ki, biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki,bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrak məfhum deyil,nə isə bir şeyi öyrənmək kimi deyil,bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhləniirik. Nitqinin davamı olaraq ölkə başçımız bildirdi ki,biz ,həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda – toqquşmalar, münaqişələr,müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Bu yolda öz addımlarımızı davam etdirəcəyik. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın keçdiyi yola və təcrübəsinə əsaslanaraq öz məsləhətlərini də verdi: “Çünki əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara qarşı münasibət ədalətli olar. Əgər belə olmasa,bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar.” Ölkə başçısı daha sonra qeyd etdi ki, biz  müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq. Torpaqlarımızın bir hissəsi işğal altında idi, sosial, iqtisadi çətinliklər vardı. Azərbaycanı parçalamaq cəhdləri vardı, aqressiv  separatçılıq vardı. Bütün bunların xalqımızın həmrəyliyini, birliyini sınağa çəkdiyini qeyd edən Prezident buna görə milli maraqların qorunmasının bizim uğurumuz üçün vacib amil olduğunu forum iştirakçılarının nəzərinə çatdırdı.

Bəyim Hüseynova,
287 nömrəli Zəkalar liseyinin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü