04 may 2024 15:29
247

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) tərəfindən Stradivarinin nadir skripkasının Ukraynadan qanunsuz olaraq çıxarılması cəhdinin qarşısı alınıb.

“İki sahil” Ukrayna mediasına istinadla xəbər verir ki, UDSX-nin məlumatında qeyd edilir: “Sərhədçilər gömrük işçiləri ilə birlikdə “Antonius Stradivarius” skripkasının ölkədən çıxarılması cəhdinin qarşısını alıblar”.

1713-cü ildə düzəldilən Stradivari skripkası yük yerinin yoxlanması zamanı aşkar edilib. Maşın Ukraynadan Polşa istiqamətində hərəkət edirmiş.

Musiqi aləti müsadirə edilib və ekspertizaya verilib.

Qeyd edək ki, XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci yarısında Kremonda yaşayan usta Antonio Stradivarinin düzəltdiyi skripkalar ən yaxşı alətlər hesab edilir.