04 may 2024 16:01
274

Asiya İnkişaf Bankı Azərbaycanda “yaşıl enerji” layihələrinə investisiya qoymağa hazırdır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “yaşıl enerji” layihələrinə investisiya yatırmaq üçün imkanlar axtarır.

“İki sahil” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bankın portfelində artıq belə bir layihə var: “Bu yaxınlarda ADB “Masdar” şirkəti ilə çox böyük 230 meqavatlıq günəş elektrik stansiyasına sərmayə qoyub. Ötən ay mən direktor ölkə ilə ora baş çəkməkdən məmnun oldum. Bu, həqiqətən də təsiredicidir”.

Y.Jukov bildirib ki, bu, robotların hər gecə günəş panellərini təmizlədiyi və günəş panellərinin avtomatik olaraq günəşə tərəf döndüyü 550 hektarlıq günəş fermasıdır: “O, artıq tam gücü ilə işləyir və biz Azərbaycanda belə layihələrə sərmayə qoymaq üçün daha çox imkanlar axtarırıq”.