04 may 2024 18:32
281

"Kəpəz" - "Sumqayıt" oyununda qollu bərabərlik

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Kəpəz" "Sumqayıt"ı qəbul edib.

“İki sahil”in məlumatına görə, yarışın 80-ci dəqiqəsində Cordan Rezabala hesabı açsa da 90-5-ci dəqiqədə Elçin Əlicanov bərabərlik qolunu vurub.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində Olavale Onanuqa, 90+5-ci dəqiqəsində isə Martins Junior qırmızı vərəqə alaraq meydandan qovulub.

Misli Premyer Liqası,

33-cü tur

4 may

16:30.“Kəpəz” 1–1 “Sumqayıt”

Qollar: Cordan Rezabala, 80 (0:1), Elçin Əlicanov, 90+5 (1:1)

Qırmızı vərəqələr: Olavale Onanuqa ("Kəpəz"), Martins Junior, 90+5 ("Kəpəz")

Hakimlər: Tural Qurbanov, Zohrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”