04 may 2024 19:06
280

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.

O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.