04 may 2024 22:57
286

Gimnastlarımız Bakıda keçirilən Avropa kubokunun finalına çıxıblar

"Gənclər" arasında fərdi proqramda çıxış edən Azərbaycan gimnastları İlahə Bahadırova, Gövhər İbrahimova və Şəms Ağahüseynova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun finalına yüksəliblər.

“İki sahil” xəbər verir ki, Gövhər İbrahimova halqa ilə hərəkətlərdə 29.450 xal toplayıb və təsnifat mərhələsində 5-ci yeri tutub. İlahə Baxadırova 31.100 xalla təsnifat mərhələsində ikinci yeri tutaraq top proqramı üzrə finala yüksəlib.

Fidan Qurbanlı gürzlərlə hərəkətdə finala vəsiqə qazana bilməyib; o, 27.700 xalla 9-cu yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa kuboku mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Müsabiqədə 37 ölkədən nümayəndələr iştirak edir. Gimnastlar iki yaş kateqoriyasında çıxış edirlər - “böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdi proqram).