05 may 2024 00:22
273

AK-nin qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Ağdama səfər edib

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman minalardan təmizləmə ilə bağlı yerli ehtiyaclar haqqında ətraflı öyrənmək üçün bu gün Ağdama səfər edib.

“İki sahil” xəbər verir ki, Gert Yan Kopman bu barədə “X”dəki hesabında yazıb.

O, Avropa Komissiyasının dəstəyinin icmaların həyatında necə dəyişiklik etdiyini görməyə məmnun olduğunu bildirib.