09 avqust 2026 11:26
94

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbələri nəticəsində çoxmərtəbəli binada dağıntı qeydə alınıb, ölənlər və xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, Xarkov şəhər meri İqor Terexov “Telegram” səhifəsində hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının 7-10-cu mərtəbələrinin uçduğunu bildirib. Qeyd edib ki, nəticədə 2 nəfər həlak olub, 20-yə yaxın insan isə xəsarət alıb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.

Hazırda ərazidə dağıntıların təmizlənməsi işləri aparılır.