05 may 2024 12:43
277

Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır

Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyət xalqın seçim hüququnu məhdudlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Tribune” nəşrinə müsahibəsində bildirib.

O deyib ki, bu fikirləri heç də növbəti dəfə Prezident seçkisində iştirak etmək istəyi kimi anlaşılmamalıdır. Fransa liderinin sözlərinə görə, indiki vəziyyətdə o konstitusiyanın tələbinə qətiyyətlə əməl edəcək.

Qeyd edək ki, bu yüksək posta iki dəfə seçilən 47 yaşlı E. Makronun səlahiyyət müddəti 2027-ci ildə bitəcək.