06 may 2024 03:17
245

“Çelsi”dən 5, “Liverpul”dan 4 qollu qələbə

İngiltərə Premyer Liqasında 36-cı tur davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha 3 oyun keçirilib.

“Brayton” “Aston Villa”nı tək qolla üstələyib. 

Öz meydanında “Vest Hem”i qəbul edən “Çelsi” darmadağına sevinib. 

Günün maraqla gözlənilən matçında “Liverpul” “Tottenhem”i məğlub edib. 

Hazırda turnir cədvəlinə 83 xalla "Arsenal" liderlik edir (36 oyuna). "Mançester Siti" 82 xalla 2-ci (35 oyuna), "Liverpul" isə 78 xalla 3-cüdür (36 oyuna). 

İngiltərə Premyer Liqası,

36-cı tur

5 may

“Brayton” - “Aston Villa” - 1:0
Qol: Joao Pedro, 87

“Çelsi” - “Vest Hem” - 5:0
Qollar: Kol Palmer, 15, Konor Qallager, 30, Noni Madueke, 36, Nikolas Cekson, 48; 80 

“Liverpul” - “Tottenhem” - 4:2
Qollar: Mohammed Salah, 16 (1:0), Endryü Robertson, 45 (2:0), Kodi Qakpo, 50 (3:0), Harvey Elliott, 59 (4:0), Riçarlison, 75 (4:1), Heunq-Min Son, 77 (4:2)