06 may 2024 09:52
216

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb.

Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında şəhərin şsalınmış müvəqqəti düşərgələrə yerləşdirlir.

BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb.

İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib.

Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.