06 may 2024 11:35
214

Kiyev tərəfdaşlarından YARDIM GÖZLƏYİR

Əgər tərəfdaşları Ukraynaya qoşun göndərmək qərarına gəlsələr, Kiyev onlara minnətdar olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal CBC telekanalına müsahibəsində bildirib.

Ukraynanın baş naziri həmçinin G7 və Avropa İttifaqını təkcə Ukrayna xalqını deyil, həm də demokratik dəyərləri qorumaq üçün birgə işləməyə çağırıb.

Ukraynanın NATO ölkələrindən əlavə qoşun qəbul edib-etməməsi ilə bağlı sualı cavablandırarkən Ukraynanın baş naziri deyib ki, əlbəttə əlavə qüvvələr Rusiya qoşunlarını dəf etməyə kömək edəcək. Onun sözlərinə görə, hələlik Ukrayna tərəfdaşlarından silah və hərbi texnika istəyir.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron yenidən Ukraynaya qoşun yeritmək imkanından söz edib.  O, Kiyev belə yardım istəyərsə, bu məsələyə baxmaq niyyətindədir.

Xatırladaq ki, Makron ilk dəfə fevralın sonunda Ukraynaya mümkün qoşun göndərilməsinin mümkünlüyündən bəhs etmişdi.