06 may 2024 12:31
245

"Bavariya" rəhbərliyi Qvardiolanı kluba qaytarmaq istəyir

"Bavariya" rəhbərliyi komandanın sabiq baş məşqçisi Xosep Qvardiolanın Almaniya klubuna qayıtmasını arzulayır.

“İki sahil” xəbər verir ki, bu barədə məşhur "Kicker" nəşri məlumat yayıb.

Lakin ispan mütəxəssisin bu məsələ barədə planları hələlik məlum deyil. Münhen təmsilçisinin onunla əlaqələrinin davam etdiyi bilidirlib. Baş məşqçinin hətta bu şəhərdə mənzilinin olduğu və tez-tez Almaniyaya səfər etdiyi vurğulanıb.

Qeyd edək ki, hazırda İngiltərənin "Mançester Siti" klubunda işləyən Qvardiola 2013-2016-cı illərdə "Bavariya"da çalışıb.