06 may 2024 14:00
237

Ermənistan artıq Rusiyaya cavab verib- Simonyan

Ermənistan parlament sədri Alen Simonyanın açıqlamaları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verib.

“İki sahil” xəbər verir ki, bu barədə parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva rusiyalı parlamentarilərin göndərdiyi müraciətə erməni həmkarlarından cavab gözləyir. O, ümid etdiyini bildirib ki, Ermənistan tərəfinin bunu etmək üçün “kifayət qədər gücü olacaq”.

Simonyanın sözlərinə görə, cavabı bir-iki gün sonra parlamentin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Rusiyaya göndərib.

"Yəqin ki, elə həmin an xanım Zaxarovaya bu cür reaksiya vermək və başqa suallara cavab verməmək əlverişli olub", - deyə Alen Simonyan Rusiya XİN sözçüsü Mariya Zaxarovaya cavab verib.

Erməni spiker Zaxarovanun həftəlik brifinqinin səhnələşdirildiyini söyləyib:"Axı aydındır ki, qabaqcadan hazırlanmış suallar və cavablardan ibarət brifiq keçirilir”.