06 may 2024 14:29
238

Keniyada daşqınlar: 228 nəfər həyatını itirib

Keniyada leysan yağışları səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticələrində ölənlərin sayı 228 nəfərə çatıb.

"İki sahil" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, daşqınlar Şərqi Afrikanın ən böyük iqtisadiyyatına malik Keniyada evləri, yolları, körpüləri dağıdıb və infrastruktura ciddi zərər vurub. Təbii fəlakət nəticəsində, həmçinin 164 nəfər xəsarət alıb, 212 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Sinoptiklər son həftələr ölkənı cənginə alan leysan yağışların may ayında daha da şiddətlənəcəyini proqnozlaşdırır.