06 may 2024 14:35
231

Xarici agentlər seçkilərdə iştirak edə bilərlər, amma... - Volodindən AÇIQLAMA

Rusiyada xarici agent kimi tanınan şəxslər müvafiq reyestrdən çıxarıldıqları təqdirdə müxtəlif səviyyələrdə seçkilərdə iştirak edə biləcəklər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Şans var... bu statusdan çıxın, fəaliyyətiniz üçün xaricdən pul almağı dayandırır. Ondan sonra, buyurub seçkilərdə iştirak edin”, – TASS Volodinin sözlərini sitat gətirir.

Dövlət Dumasının sədri Rusiyada müəyyən edilmiş normaları “çox liberal” adlandırıb.

Bundan əvvəl Rusiya Dövlət Duması xarici agentlərin bütün səviyyələrdə seçkilərdə namizəd olmasını qadağan edən düzəlişlər qəbul edib.