06 may 2024 18:07
291

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib.

“İki sahil” xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib.

Avtomobillər Rusiya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir. (APA)